Google'un süni intellektini sayta qoşdum - Laravel & Gemini AI API

Google’un suni intellekti ilə işləyən web sayt kodladım və ona Azərbaycan dilində suallar verdim.

Quraşdırma

İstifadə etdiyim texnologiyalar Laravel Framework’ü və Gemini AI API’ıdır.

Əvvəlcə aistudio.google.com adresinə daxil olaraq API istifadə edə bilmək üçün token yaradırıq.

Hətta istəsəniz veb saytınıza əlavə etdiyiniz bu ai üçün xarakteristik xüsusiyyətlər də əlavə edə bilərsiniz. Məsələn, Azərbaycanca danışsın, proqramçı kimi cavab versin və ya dizayner və s.

Daha sonra isə laravel proektimizə google-gemini-php/laravel adlı composer paketini qurub,

composer require google-gemini-php/laravel

install commandını çalışdırırsınız.

php artisan gemini:install

Bu paket sayəsində siz əlavə http sorğuları yazmalı olmursunuz və saniyələr içində API’ın sadəcə token’ini .env faylınıza əlavə etməklə qoşula bilirsiniz. Sonuncu çalışdırdığımız command’dan sonra, .env’i faylımızda GEMINI_API_KEY sətrinin yarandığını görəcəksiniz.

Bütün kodları GitHub profilimdə paylaşmışam, oradan endirərək yararlana bilərsiniz.

Növbəti videolarda, ChatGPT’nin OpenAI API’ını Laravel proektimizə qoşmağı və ona xüsusi əmrlər göndərərək xəyali bir şəkillər yaratmağını istəyəcəyik.

GitHub

soltancode/laravel-gemini - star verməyi unutmayın :)

Ətraflı Video

Aldığınız hər bir fincan kofe, yaradıcılığımızı daha da inkişaf etdirir.

Kofe AlKofe ismarlayaraq mənə dəstək olan hər kəsə təşəkkürlər!